Azərbaycanda 16 yaşı olan gəlin evdən qaçdı

media-hightechnic-468x90

Azərbaycanda 1 ilin gəlini itkin düşüb.

Yenicag.az olke.az-a istinadla xəbər verir ki, bu barədə televiziyalardan birinin efirində yayımlnanan məişət mövzulu verilişdə məlumat yayılıb.

Jurnalist Zülfiyyə Qurbanova deyib ki, E.Z artıq 2-i həftədir axtarılır:

“Aparıcı haqlı olaraq əsas müzakirəni qızın 15 yaşında ərə verilməsinə həsr edir. Məsələ belədir: içki düşkünü ata 15 yaşlı qızını kəndin digər içki düşkünü olan 30 yaşlı dostuna “satıb”. Atanın xeyir-duasını alan 30 yaşlı kişi 15 yaşlı qız dərsə gedərkən qaçırıb.

E.Z hər dəfə evlərinə qayıtmaq istəyəndə, ata geri qaytarıb. Qız bu “evliliyə” 1 il dözüb, çıxış yolunu evdən qaçıb, gizlənməkdə görüb. Dəhşətli məqam bilirsiz nədir? Məktəblini qaçıran kənd müəlliminin oğludur və bu anormal izdivacın baş tutmasında əsas rolu o oynayıb. Bu da bizim ziyalımız”.

Qeyd edək ki, E.Z. bu il oktyabrın 31-də itkin düşüb.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600