!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda 18 milyon manatlıq çörək şirkəti bağlandı

!Reklam – Yazi

Azərbaycanda çörək istehsalçısı olan “Platek Pact” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) fəaliyyətinə xitam verilib.

Yenicag.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, buna səbəb şirkətin “ATS Food” MMC-yə qoşulmasıdır.

Məlumata görə, “ATS Food” isə qoşulma nəticəsində yenidən təşkil olunduğunu elan edib.

Qeyd edək ki, “Platek Pact”ın Şəmkir şəhərində “Nəfis çörək” zavodu fəaliyyət göstərir. 2013-cü ildə yaradılan çörək istehsalı şirkəti 18 230 535 manat nizamnamə kapitalına malikdir. “ATS Food” MMC isə 2022-ci ildə yaradılıb və şirkətin nizamnamə kapitalının həcmi 58 401 000 manatdır. Hər iki şirkətin qanuni təmsilçisi MMC-lərin baş direktoru Hacıyev Tural Elxan oğludur.

www.yenicag.az

174
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv