Azərbaycanda 2 ayda özəlləşdirmədən büdcəyə 66 milyon manat daxil olub

media-hightechnic-468x90

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar 66,1 milyon manat təşkil edib.

media-banner_tkm

Yenicag.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, 2 ayda qurum 10 hərrac keçirib. Hərraclarda 1 səhmdar cəmiyyətinin səhm paketi və 258 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bundan başqa, hesabat dövründə Dövlət Xidməti 96-sı qeyri-yaşayış, 794-ü torpaq sahələri üzrə 890 yeni icarə müqaviləsi bağlayıb, bu fəaliyyətdən büdcəsinə 9,8 milyon manat vəsait köçürüb.

Beləliklə, yanvar-fevraldaə dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 75,9 milyon manat vəsait daxil olub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05