Azərbaycanda 9 nəqliyyat vasitəsi özəlləşdirildi

media-hightechnic-468x90

İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirdiyi növbəti hərracda 9 nəqliyyat vasitəsi özəlləşdirilib.

Yenicag.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərraca çıxarılan avtomobillərə ümumilikdə 68 sifariş qəbul edilib.

Hərrac rəqabətli olub. Belə ki, “Kia Sorento” markalı avtomobilin start qiyməti 9 000 manat olsa da, son təklif 30 000 manata yüksəlib. Start qiyməti 8 000 manat olan “Nissan Patrol” markalı nəqliyyat vasitəsi isə 19 000 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/35wQDn linki vasitəsilə tanış olmaq olar.

Növbəti hərraclar 10, 17, 24 və 31 oktyabr tarixlərində keçiriləcək. Hərraclara 7 səhmdar cəmiyyətin səhm paketi, 23 kiçik müəssisə, 2 yarımçıq tikili və 90 nəqliyyat vasitəsi çıxarılacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600