Azərbaycanda bayram namazı qılındı

media-hightechnic-468x90

Bakıda Qurban bayramı münasibətilə namaz qılınıb.

Yenicag.az xəbər verir ki, Təzəpir məscidində bayram namazı saat 09:13-də qılınıb.

Bu il Azərbaycanda Qurban bayramı iyunun 28-i və 29-u qeyd olunur.

Həmçinin qeyd edək ki, islam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən, Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.

Xatırladaq ki, bayram namazı Əjdərbəy məscidində və Göy məsciddə 08:00-də qılınıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa