Bu gündən bayramlar ayı sayılan mart daxil olub.
Yenicag.az xəbər verir ki, ölkədə martda 16 gün iş olmayacaq.
Qeyd edək ki, 8 Mart Beynəlxalq Qadınlar Günü, 20, 21, 22, 23, 24 mart tarixləri isə Novruz bayramı günləridir. Beləliklə, bu ay bayram, şənbə və bazar günləri də daxil olmaqla ümumilikdə 16 gün iş olmayacaq.
Bundan başqa, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, 2024-cü ildə beşgünlük iş həftəsində 23-24 mart şənbə-bazara təsadüf etdiyindən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 25 və 26 mart tarixləri də qeyri-iş günləridir.
www.yenicag.az