Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən, Səhiyyə NazirliyiAnalitik Ekspertiza Mərkəzinin rəyi əsasında bioloji fəallığa malik qida əlavəsi adı altında ölkəyə idxal olunan 50 adda məhsulun əslində bioloji fəallığa malik qida əlavəsi olmadığı aşkar olunub. Bununla əlaqədar, Qida Təhlükəsizliyi Agentliyi bəyan edir ki, şağıda adları qeyd olunan həmin məhsullar ölkə ərazisində bioloji fəallığa malik qida əlavəsi kimi satıla və ya istifadə oluna bilməz.
Yenicag.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi bu sahədə fəaliyyət göstərən sahibkarlara insan sağlamlığına mənfi təsir edə biləcək həmin məhsulların idxalına, ixracına, istehsalına və satışına yol verməmələri üçün xəbərdarlıq edir.
Bildirilir ki, bu cür fəaliyyətlə məşğul olan sahibkarlar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ciddi tədbirlər həyata keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli, 1681 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə əsasən bioloji fəallığa malik qida əlavələrinin idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək səlahiyyəti Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.
Bioloji fəallığa malik qida əlavəsi kimi idxalı, istifadəsi və satışı qadağan olunmuş dərman vasitələri
Sıra sayı | Məhsulun adı | İstehsalçı (firma və ölkə) | Müayinənin nəticəsi |
1 | CEREBROVİT B 12 | “Fortex Nutraceuticals Ltd”, Bolqarstan | dərman vasitəsi |
2 | Nutraxin Vitamin C | “BİOTA BİTKİSEL İLAÇ VE KOZMOTİK LABARATUARLARI A,Ş” Türkiyə | dərman vasitəsi |
3 | Nutraxin Ginkgo Biloba | “BİOTABİTKİSEL İLAÇ VE KOZMOTİK LABARATUARLARI A,Ş” Türkiyə | dərman vasitəsi |
4 | Kullinar kapsul №30 | “Vega İlaç Kozmetik Gida İmalat San. Tic. Ltd. Şti.” Türkiyə | dərman vasitəsi |
5 | İNTRONEF | “GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ” TÜRKİYƏ | dərman vasitəsi |
6 | NUTRAXİN PROPOLİS | “BİOTA BİTKİSEL İLAÇ VE KOZMOTİK LABARATUARLARI A,Ş” Türkiyə | dərman vasitəsi |
7 | Nutraxin A-Oxi formula | “BİOTA BİTKİSEL İLAÇ VE KOZMOTİK LABARATUARLARI A,Ş” Türkiyə | dərman vasitəsi |
8 | Zanuvit D3 damcı 20 ml | “Santasya İlaç Kozm. Med. İtr. Paz. Sağ. və İnş Hizm. San Tic. Ltd. Şti.,” Türkiyə | dərman vasitəsi |
9 | ZİNOFEN FM kapsul №30 | “Vega İlaç Kozmetik Gida İmalat San. Tic. Ltd. Şti.” Türkiyə | dərman vasitəsi |
10 | LUZAKTOL kapsul No.30 | “Vega İlaç Kozmetik Gida İmalat San. Tic. Ltd. Şti.” Türkiyə | dərman vasitəsi |
11 | İNOSTRES tablet No.30 | “GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ” TÜRKİYƏ | dərman vasitəsi |
12 | MULTİ_DAY kapsul No.30 | “GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ” TÜRKİYƏ | dərman vasitəsi |
13 | FERSİLON tablet No.30 | “GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ” TÜRKİYƏ | dərman vasitəsi |
14 | Montana tablet No.30 | “Vega İlaç Kozmetik Gida İmalat San. Tic. Ltd. Şti.” Türkiyə | dərman vasitəsi |
15 | Sharks | “Saşera-Med” MMC” Rusiya | dərman vasitəsi |
16 | EROCTİVE | “Saşera-Med” MMC” Rusiya | dərman vasitəsi |
17 | PERKALSİN | Laboratoarele Remedia, Ruminiya | dərman vasitəsi |
18 | MAXİDAY | Koç İlaç Ksisel Bakım ve Bitkisel Ürünler Sağ.Paz.İth.Uhr.San.Tic.Ltd.Sti./Koc Pharmaceuticals Co.LTD.-Türkiyə | dərman vasitəsi |
19 | Vitaritm | Vega İlaç Kozmetik Gida İmalat San.TicşLtd.Sti -Türkiyə | dərman vasitəsi |
20 | MAKSİKOR | Vega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyə | dərman vasitəsi |
21 | DEMETRA | Par Pak d.o.o-Serbiya | dərman vasitəsi |
22 | Enuro-N | Vega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyə | dərman vasitəsi |
23 | LOVİSTERON | Vega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyə | dərman vasitəsi |
24 | MELAC-B6 | Vega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyə | dərman vasitəsi |
25 | RINASEPT BAL-LIMON | Lozen Pharma-Hindistan | dərman vasitəsi |
26 | Natural qurd qovucu | Pharma Rosso Gida İlaç Kozmetik Medikal San.Diş.Tic.Ltd.Şti.-Türkiyə | dərman vasitəsi |
27 | Likefil | Afsannyl Bitkisel ve Kozmetik Ürünler Ticareti İthalatı İhracatı-Türkiyə | dərman vasitəsi |
28 | Natural Multi Vitamin şərbət | Pharma Rosso Gida İlaç Kozmetik Medikal San.Diş.Tic.Ltd.Şti.-Türkiyə | dərman vasitəsi |
29 | NATURAL Kalsium | Pharma Rosso Gida İlaç Kozmetik Medikal San.Diş.Tic.Ltd.Şti.-Türkiyə | dərman vasitəsi |
30 | FURİYA | Vega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyə | dərman vasitəsi |
31 | Avitron(tablet N60) | GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ – Türkiyə | dərman vasitəsi |
32 | ASCORKAP | West-pharma-East-Litva | dərman vasitəsi |
33 | Immunitex tablet N30 | Ornado Medicine S.R.L-İtaliya | dərman vasitəsi |
34 | SWISS ENERGY VITAMIN C 550 mg N20 | KENDLY LTD-Bolqarıstan | dərman vasitəsi |
35 | GRENOVIT(istehsalçı ölkədə MULTİOMEGA) | Domowa Apteczka-Polşa | dərman vasitəsi |
36 | Enzo plus, kapsul N30 | Vega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyə | dərman vasitəsi |
37 | Brocsevin | Gricar Chemical SRL-İtaliya | dərman vasitəsi |
38 | MEDEFER | Grand Medical-Polşa | dərman vasitəsi |
39 | HEPAMAR | Fortex Nutraceuticals LTD-Bolqariya | dərman vasitəsi |
40 | HELON | Deva Ticaret-Türkiyə | dərman vasitəsi |
41 | İntroserebral | GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ – Türkiyə | dərman vasitəsi |
42 | Ginbevit | Pharmacy Laboratories s.c.-Polşa | dərman vasitəsi |
43 | GUTROL | Fortex Nutraceuticals LTD-Bolqariya | dərman vasitəsi |
44 | PROSVENT | SC Laboratoarele Medical S.R.L Rumıniyanın | dərman vasitəsi |
45 | MAMATON | “Ceego Labs Pvt.Ltd” Hindistan | dərman vasitəsi |
46 | CARTİSİN | “Ceego Labs Pvt.Ltd” Hindistan | dərman vasitəsi |
47 | “NUTRAXİN ULTRA MEN” | “BİOTA BİTKİSEL İLAÇ VE KOZMOTİK LABARATUARLARI A,Ş” Türkiyə | dərman vasitəsi |
48 | “SİBERİAN GİNSENG” | “Sirio Pharma Co.Ltd.” Çin | dərman vasitəsi |
49 | İMPULSİN | “Saşera-Med” MMC” Rusiya | dərman vasitəsi |
50 | Hero Active | “Saşera-Med” MMC” Rusiya | dərman vasitəsi |