Azərbaycanda da erməni dili tədris oluna bilərmi? - ŞƏRH

media-hightechnic-468x90

“Erməni dilinin tədrisi istisna hal kimi Şərqi Zəngəzur, Qarabağ iqtisadi zonası, məhdud sayda isə Naxçıvanın bəzi təhsil müəssisələrində tətbiq oluna bilər”.

Bunu Yenicag.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi Ermənistanda Azərbaycan dilinin tədrisi barədə fikirlərinin səsləndirərkən deyib.

media-481238055_9399579560131751_4528617250337594914_n

Ekspert bildirib ki, Ermənistanda Azərbaycan dilinin tədrisinə başlanılması hələ müəyyən hazırlıq kursları səviyyəsindədir:

“İrəvanın belə bir addım atması gələcəyə nikbin baxış üçün müsbət dəyərləndirilə bilər. Azərbaycanda erməni dilinin tədrisi məsələsinə gəldikdə isə təhsil müəssisələrində bunun tətbiq olunacağını düşünmürəm.

Bizdə faktiki olaraq rus, ingilis, alman, fransız, gürcü dili tədris olunur. Yaxın zamanlarda bəzi təhsil müəssisələrində çin dilinin də tədrisinə icazə veriləcək. Erməni dilinin tədrisi isə istisna hal kimi Şərqi Zəngəzur, Qarabağ iqtisadi zonası, məhdud sayda isə Naxçıvanın bəzi təhsil müəssisələrində tətbiq oluna bilər. Bu isə Ermənistana daha yaxın ərazilər olaraq müsbət dəyərləndirilə bilər. Çünki vətəndaşların erməni dilini bilməsi problem sayılmaz.

Ali təhsil müəssisəsi olan Azərbaycan Dillər Universitetində “Tərcümə – Erməni dili” ixtisası artıq üç ildir yaradılıb. Bu ixtisas üzrə hər il 10 nəfər olmaqla yaradılan plan yerlərini 20 nəfərə çatdırmaq həm kadr hazırlığı, həm də gələcəkdə erməni dilinin tədrisində mühüm rol oynaya bilərlər. Eyni zamanda Bakı Dövlət Universitetinin “Regionşünaslıq – Qafqaz ölkələri üzrə” ixtisası üzrə təhsil alan tələbələrə də erməni dili öyrədilir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa