!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanda daha 10 futbolçu koronavirusa yoluxub

!Reklam – Yazi

“Sumqayıt”ın futbolçularının növbəti koronavirus testlərinin nəticələri bəlli olub.

Yenicag.az Apa-ya istinadla xəbər verir ki, test verən 16 oyunçudan yalnız altısında nəticələr neqativ olub.

Digər 10 futbolçuda isə test növbəti dəfə pozitiv çıxıb. Lakin həmin oyunçuların problemi yaxın günlərdə arxada qoyacağı gözlənilir. Çünki onlar 14 günlük karantin dövrünü bitirməkdədir və yaxın günlərdəki testin neqativ nəticələnəcəyi ehtimal edilir.

Əgər bu baş verməsə, Premyer Liqanın XII turunun qarşılaşması təhlükə altına düşəcək. Dekabrın 20-də “Zirə”yə qarşı keçiriləcək səfər matçınadək testi pozitiv nəticələnən oyunçuların sayı 7-dən az olmasa, qarşılaşma yenidən təxirə salına bilər.

www.yenicag.az

411
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv