!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda daşınmaz əmlakın dövlət qeydiyyatında artım qeydə alındı

!Reklam – Yazi

Bu ilin I rübündə Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 8,2% çox – 73 346 daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.

Yenicag.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bunun 17 979-u ilkin, 55 367-si təkrar qeydiyyatın payına düşüb.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 10 837-si fərdi yaşayış və bağ evi, 19 253-ü mənzil, 40 572-si torpaq sahəsi, 832-si qeyri-yaşayış binası, 1 649-u qeyri-yaşayış sahəsi, 190-ı əmlak kompleksi, 13-ü isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 19 776-sı Bakı şəhərində, qalanları isə bölgələrdə yerləşir.

Hesabat dövründə 3 712 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,9 % çoxdur. Son 1 ildə torpaq sahələrinin ilkin qeydiyyatı isə 2,6 dəfə artaraq 9 191 olub.

Hesabat dövründə 57 813 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə, ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 % artım deməkdir. İl ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı isə 48,6 % artaraq 15 047 olub.

www.yenicag.az

440
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv