“Azərbaycanda demokratik təhcizatlar acınacaqlı durumdadır”

media-hightechnic-468x90

8087“Əli Gülalıyevlə bağlı baş verənlər Azərbaycanda demokratik işartıların öləziməsindən xəbər verir”.

Bunu  açıqlamasında Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev bildirib. E.Quliyevin qənaətincə, baş verənlərin arxasında Oqtay Gülalıyevə, müvafiq olaraq Oqtay bəyin təmsil olunduğu Milli Şuraya təzyiq göstərmək məqsədi dayanır:

“Təbii ki, baş verənlər O.Gülalıyevin siyasi fəaliyyəti ilə bağlıdır və onu mübarizə yolundan sapdırmağa hesablanıb. Məlum olayı başqa cür izah etmək mümkünsüzdür. Oqtay bəyin oğlu Ə.Gülalıyev həmin olayda bıçaqlanan, xəsarət alan tərəf olsa da, hazırda təqsirləndirilən şəxs qismində məhkəmə qarşısında dayanmalı olub. Və kimsə bu qəribə transformasiyanın izahını vermir. Kimliyindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər hansı bir şəxsi övladı (yaxud valideyni) vasitəsi ilə sınağa çəkmək, hər şeydən öncə etik normalara, insanlıq və humanizm prinsiplərinə ziddir. Bu gün biz Əli Gülalıyevlə bağlı məsələdə məhz belə bir qeyri-insani və anormal yanaşmanin şahid oluruq. Bu, həmçinin Azərbaycanda demokratik təhcizatların acınacaqlı durumda olduğunun təzahürüdür”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600