Azərbaycanda dövlət şirkəti ləğv olunur

media-hightechnic-468x90

Ləğv olunmuş “Azərsu” ASC-nin tabeliyindəki “Birləşmiş Sukanal” MMC ləğv olunduğunu elan edib.

media-banner_tkm

Yenicag.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, ev 67 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, Prezident İlham Əliyevin 30 mart 2023-cü il tarixli “Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərmanı ilə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. “Azərsu” “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ilə birlikdə Agentliyin tabeliyinə verilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05