Azərbaycanda dövlət və qeyri-dövlət sektorunda çalışanların sayı açıqlanıb

media-hightechnic-468x90

2025-ci il iyulun 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 770.8 min nəfər olub, onlardan 864.2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 906.6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Yenicag.az xəbər verir k, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, muzdla işləyənlərin 18.8 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 18.3 faizi təhsil, 13.8 faizi sənaye, 8.5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.7 faizi tikinti, 6.3 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4.2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.9 faizi peşə, elmi və texniki fəaliyyət, 2.4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2.3 faizi maliyyə və sığorta fəaliyyəti, 14.8 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9.4 faiz artaraq 1 097.3 manat təşkil edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa