Azərbaycanda DVB-T standartlı rəqəmli televiziya yayım şəbəkəsi genişləndirilib

media-hightechnic-468x90

dvb-t400Respublika ərazisində DVB-T standartlı rəqəmli televiziya yayım şəbəkəsinin genişləndirilməsi məqsədi ilə daha 15 ədəd vericinin quraşdırılması işi başa çatdırılıb.

“Teleradio” İstehsalat Birliyindən  verilən məlumata görə, vericilər Şamaxı rayonu, Nağaraxana RTS-də, Quba rayonunun Çiçi kəndində, Göygöl rayonu, Çaylı RTS-də, Tovuz rayonu, Yuxarı Öysüzlüdə, Gədəbəy rayonu, Xar-Xar RTS-də, Daşkəsən rayonunun Xoşbulaq, Qazax rayonunun Kəmərli, İsmayıllının Lahıc, Yardımlının Alar, Tovuzun Əsrik Cırdaxan kəndlərində və başqa ərazilərdə quraşdırılaraq istismara verilib.

Qeyd edək ki, “Teleradio” İB digər aidiyyəti ərazilərin də DVB-T yayımı ilə təmin olunması üzrə işləri davam etdirir. (azadinform.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600