Azərbaycanda elektrik enerjisi istehsalı 7% artıb
Bu ilin yanvar ayında Azərbaycanın enerjisi sistemində 2,2 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib.
Bu barədə Yenicag.Az-a “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinə Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 7%-dir. Enerji istehsalının 2,164 mlrd. kVt/saatı və yaxud 98,36%-i “Azərenerji”nin payına düşüb. İstehsalla yanaşı, ay ərzində qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi də davam etdirilib.
Yenicag.Az