!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda elektrik enerjisinin istehsalı 3,8 faiz artdı

!Reklam – Yazi

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 % artıb.

Yenicag.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov özünün “Twitter” səhifəsində yazıb.

Nazirin sözlərinə görə, bu ilin 10 ayında operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 23 milyard 748,6 milyon kVt/saat təşkil edib.

O bildirib ki, bu müddət ərzində ixrac 2 milyard 101,2 milyon kVt/saat, idxal isə 115,7 milyon kVt/saat olub.

P. Şahbazov qeyd edib ki, yanvar-oktyabr aylarında ötən ilin eyni dövrünə nisbətən su da daxil olmaqla bərpa olunan mənbələrdən 357,9 milyon kVt/saat artımla 1 milyard 755,2 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

www.yenicag.az

348
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv