Çin aviasiya yanacağı daşımalarında Avstraliya ilə əməkdaşlıq edəcək

media-hightechnic-468x90

Avstraliyanın xarici işlər naziri Penni Vonq çərşənbə günü bildirib ki, Çin hökuməti aviasiya yanacağı daşımaları sahəsində Avstraliya müəssisələri ilə əməkdaşlıq etməyə razılıq verib.

media-banner_tkm

Yenicag.az “Reuters”a istinadən xəbər verir ki, bu, Çinin İran müharibəsi səbəbindən yaranan tədarük kəsintiləri fonunda tətbiq etdiyi ixrac məhdudiyyətlərini yumşalda biləcəyinə işarə edir.

“Biz bunun mühüm bir addım olduğuna inanırıq, lakin bu, ilk addımdır”, – Vonq Pekində jurnalistlərə bildirib və əlavə edib ki, səfərinin məqsədi Çinin əməkdaşlığına, “xüsusilə də maye yanacaq təminatına” nail olmaqdır.

Vonq Yaponiya və Cənubi Koreyanı da əhatə edən üç ölkəlik turu çərçivəsində Çindədir. Kanberra enerji təhlükəsizliyi məsələsində regional güclərlə koordinasiya qurarkən Pekinlə əlaqələri daha sabit zəmində saxlamağa çalışır.

Yanacağın böyük hissəsini idxal edən Avstraliya fevral ayında başlayan Yaxın Şərq münaqişəsindən bəri yerli qıtlıqlarla qarşılaşıb. Pekin Hörmüz boğazının bağlanmasının xam neft və yanacaq axınını pozmasından sonra daxili tədarükü qorumaq üçün mart ayından etibarən yanacaq ixracına məhdudiyyətlər qoyub.

Çin Asiyada əsas yanacaq mənbəyidir və ötən il Avstraliyanın aviasiya yanacağının üçdə birini təmin edib. Çinli həmkarı ilə görüşündə Vonq bildirib ki, o, Çinin Avstraliyaya tədarük etdiyi idxalın, o cümlədən aviasiya yanacağının Avstraliyanın resurs sektorunu dəstəkləyir, bu isə ikitərəfli ticarət əlaqələri üçün mühüm olan xammal axınının qorunmasına kömək edir.

“Enerji təhlükəsizliyimiz ortaqdır. Bizə edilən enerji tədarükü regiona digər enerji və xammalları təmin etmək imkanımıza təsir göstərir”, – o əlavə edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05