Azərbaycanda əmlak sığortası bazarı böyüdü
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əmlak sığortası növlərinin hesabına 216,6 milyon manat sığorta haqqı toplanılıb.
Yenicag.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,9 milyon manat və ya 7,4% çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlər isə 7,8 milyon manat və yaxud 23,8% artaraq 40,6 milyon manata çatıb.
Beləliklə, 11 ayda əmlak sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 18,7 manatı müştərilərə geri ödənilib.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda sığorta şirkətlərinin xətti ilə 1,365 milyard manat sığorta haqqı yığılıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 143,2 milyon manat və ya 11,7% çoxdur.
Eyni zamanda hesbat dövründə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 844,8 milyon manat sığorta ödənişi edilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 150,8 milyon manat və ya 21,7% artım deməkdir.












