Azərbaycanda ər arvadını bıçaqladı
Gəncə şəhərində ailə münaqişəsi zəminində bıçaqlanma olub.
Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından agentliyə verilən məlumata görə, şəhər sakini, 1994-cü il təvəllüdlü Gülzar Şahmur qızı Məmmədova daxilə keçməyən kəsilmiş-deşilmiş yara diaqnozu ilə xəstəxanaya müraciət edib. Tibbi yardımdan sonra G. Məmmədovanın vəziyyəti normallaşıb.
Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının araşdırmaları zamanı məlum olub ki, Gülzar Məmmədova həyat yoldaşı, 1996-cı il təvəllüdlü Abbasov İxtiyar Mürsəl oğlu tərəfindən bıçaqlanıb. Hadisəni törədən İxtiyar Abbasov hadisəni törədərək evdən qaçıb.
Hazırda polis onun axtarıb tapılaraq istintaqa cəlb edilməsi istiqamətində iş aparır(teleqraf.com).