Azərbaycanda evlənənlərlə bağlı YENİ MƏLUMAT

2021-ci il in yanvar-may ayları ərzində Azərbaycanda qeydə alınan nikahların və boşanmaların sayı açıqlanıb

Yenicag.az-ın məlumatına görə, hesabat dövrü ərzində qeydiyyat şöbələri tərəfindən 19141 nikaha daxilolma və 6745 boşanma halları qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,7-dən 4,6-ya, boşanmaların sayı isə 1,4-dən 1,6-y a qədər artıb.