Deputat AP-nin qətnaməsindən DANIŞDI: "Heç kim suveren haqlarımıza müdaxilə edə bilməz"

media-hightechnic-468x90

“Avropa Parlamenti Azərbaycanda uzun illər ərzində keçirilən seçkiləri tanımamaqla heç nəyə nail ola bilmədi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Avropa Parlamentinin Azərbyacan əleyhinə bəyanatı haqqında danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. media-behruz-meherremov

Deputat qeyd edib ki, sözügedən qətnamə hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplərin, ələlxüsus dövlətlərin daxili yurisdiksiyasına aid olan məsələlərə qarışmamaq prinsipinin köklü pozuntusudur:

“Bu bizi təəccübləndirmir, çünki, hələ 2020-ci il martın 10-da tarixi çıxışında möhtərəm prezident elə bu tribunadan bəyan etmişdi ki, Azərbaycana qarşı ədalətsiz qətnamələrin qəbul olunması sahəsində Avropa Parlamenti birincilik əldə edib və onların da qətnamələri bizim üçün tamamilə əhəmiyyətsizdir. Biz məhz qərəzli davrandıqları üçün Avroparlamenti suveren hüquqlarımızı realizə edərkən, məsələn, seçkilər zamanı müşahidəçi qismində dəvət etmirik, onlar isə bəyanat yayırlar ki, seçkiləri müşahidə etməkdən imtina edirlər. Cənab İlham Əliyevin təbirincə, ən yumşaq sözlə desək, bu, siyasi saxtakarlıqdır”.

 

B. Məhərrəmov bildirib ki, Qərb üçün bir yanaşma var, əgər dövlət onlaırn imperializminin forpostu olmağa və milli iradəni təslim etməyə hazırdırsa, demokratikdir, yox əgər müstəqil davranırsa, avtoritardır:

“Avrocoğrafiyada avtoritarizmin, siyasi möhtəkirliyin, dələduzluğun və korrupsiyanın əsas ocağı olan bir subyektin nəinki Azərbaycanda hansısa proseslərə qiymət verməyə, kiminsə hüquqlarını müdafiə etməyə, ümumiyyətlə, Azərbaycan barədə danışmağa haqqı yoxdur və digər lüzumsuz sənədlər kimi 18 dekabr qətnaməsi və orda sadalanan “tələblər” də bizim üçün heç bir dəyəri olmayan siyasi qeybət və keyfiyyətisiz kağız parçalarıdır. Azərbaycan Respublikasında cinayət təqibi, ibtidai istintaq, ədalət mühakiməsi qanunsuz təsiri istisna edən şəraitdə həyata keçirilir və heç kim istər dövlət daxili qanunvericilik, istərsə də beynəlxalq hüquqla bizim suveren haqlarımıza müdaxilə edə bilməz və birmənalı şəkildə tərəfimizdən rədd olunur”.

Nurlan Cəfəri

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa