!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda “Hökumət buludu” yaradılacaq

!Reklam – Yazi

Azərbaycanda “Hökumət buludu” (G-cloud) yaradılacaq.

Yenicag.az xəbər verir ki,, Prezident İlham Əliyev bununla bağlı “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” fərman imzalayıb.

“Hökumət buludu” (G-cloud) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Data Mərkəzinin infrastrukturunda yaradılacaq. Fərmana əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Hökumət buludu”nun operatoru təyin edilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanda dövlət orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, büdcə təşkilatlarının, publik hüquqi şəxslərin dövlət informasiya sistemlərinin və ehtiyatlarının Data Mərkəzində saxlanılmasını, həmçinin “Hökumət buludu”ndan istifadəni təşkil etməli, Data Mərkəzində və “bulud” texnologiyasına əsaslanan “bulud” xidmət modellərində dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması və aparılması, elektron xidmətlərin təşkili üçün texnoloji mühiti təmin etməlidir. Nazirlik eyni zamanda dövlət informasiya sistemlərinin və ehtiyatlarının Data Mərkəzində yerləşdirilməsi, habelə “Hökumət buludu”nun idarə edilməsi, saxlanılması və təkmilləşdirilməsi ilə bağlı tələb olunan vəsait barədə hər təqvim ili ərzində Nazirlər Kabinetinə təkliflər verməli və “Hökumət buludu”ndan istifadə ilə bağlı texniki tələbləri müəyyən etməlidir. Xüsusi Dövlət Mühafizə Xidməti dövlət qurumlarının “Hökumət buludu”na qoşulması üçün onları zəruri telekommunikasiya kanalları ilə təmin etməli və “Hökumət buludu”nun təhlükəsizliyinin təmin edilməsi üçün operatorla birgə müvafiq tədbirlər görməlidir.

Fərmana əsasən, “Hökumət buludu” (G-cloud) Konsepsiyası” təsdiq edilib. Konsepsiyada qeyd edilib ki, 2000-ci ildən ötən dövr ərzində informasiya texnologiyaları üzrə xidmət və ya avadanlığın satın alınması, məlumat təhlükəsizliyinin təmin edilməsi, enerji sərfiyyatı və şəxsi heyət xərclərinin azaldılması sahəsində aparılmış araşdırmalar kompüter resurslarından istifadəyə bir mənbədən xidmət edən tor hesablama texnologiyasını (grid computing) və yerləşdirmə (hosting) xidmətlərini ortaya çıxarıb. Lakin bu texnologiyalardan istifadə təşkilatların fəaliyyətinin artan ehtiyaclarının ödənilməsində yetərli dərəcədə səmərəli olmadığı üçün hesablama xidmətlərinin kənar mənbələrdən cəlb edilməsi (outsorsinq) ilə istifadəsinin mümkünlüyü və data mərkəzlərinin sənaye miqyasında xidmət göstərməsi “bulud hesablama” texnologiyasının meydana gəlməsinə zəmin yaralıb. “Bulud hesablama” texnologiyası çoxsaylı kompüter və serverlərə, onlarda yerləşdirilmiş tətbiqi proqramlara, proqram platformasına və ya infrastruktura hər növ qurğudan məsafədən çıxışı təmin edir.

Konsepsiyada nəzərə çatdırılır ki, informasiya texnologiyalarının idarə olunmasının düzgün və etibarlı şəkildə təmin edilməsi, bu prosesin təhlükəsiz və sərfəli qiymətlərlə həyata keçirilməsi baxımından Data Mərkəzinin bütün hallarda dayanıqlılıq səviyyəsi 99,982 faizə bərabərdir. Bütün infrastrukturu ilə “Elektron hökumət” portalı 2018-ci ildə Data Mərkəzinə köçürülüb. Yeni nəsil şəxsiyyət vəsiqələrinin elektron daşıyıcısına gücləndirilmiş elektron imza sertifikatlarının daxil edilməsi məqsədilə 2018-ci ildə Data Mərkəzində yeni sertifikat xidmətləri mərkəzi yaradılıb. Data Mərkəzi yeni sertifikat xidmətləri mərkəzinin baza infrastrukturudur. Data Mərkəzi ölkə və region səviyyəsində kompleks İT və “bulud” xidmətləri göstərmək potensialına sahibdir. Fasiləsiz iş rejimində məlumatların təhlükəsizliyinin təmin olunması, dövlət qurumlarının və təşkilatların tələblərinə cavab verən, onlara infrastruktur əldə etməyə imkan yaradan virtual və ayrılmış serverlərin, həmçinin optimallaşdırılmış şəbəkənin qurulması Data Mərkəzinin çoxsaylı üstünlüklərindəndir. Eyni zamanda, Data Mərkəzi şirkətlərə kapital xərclərini sıfıra endirməyə, istismar xərclərini isə 30-40 faiz azaltmağa imkan yaratmaqla yanaşı, məhsuldarlığı artıraraq biznesin dayanıqlılığını təmin edir.

Konsepsiya “Hökumət buludu”nun inkişafı üzrə 2020-ci ilədək strateji, 2025-ci ilədək uzunmüddətli və 2025-ci ildən sonrakı hədəf baxışlara nail olunmasında dəstək mexanizmi rolunu oynayacaq:

– 2020-ci ilədək strateji baxışda dövlət idarəçiliyində, iqtisadi və sosial proseslərdə tətbiq olunan informasiya sistemlərinin fəaliyyəti, zərurilik nəzərə alınmaqla, mərhələli şəkildə “bulud” texnologiyası əsasında təşkil ediləcək və “Hökumət buludu” infrastrukturuna keçid təmin olunacaq;

– 2025-ci ilədək uzunmüddətli baxışda İKT-nin tətbiqinin genişləndirilməsi və istifadə səmərəliliyinin artırılması üçün innovativ islahatlar davam etdiriləcək, elektron xidmətlərin çeşidi və həcmi artırılacaq, beynəlxalq tələblərə cavab verən standartların tətbiqi təmin ediləcək, rəqəmli iqtisadiyyatın formalaşdırılması sahəsində işlər görüləcək və regional data mərkəzləri şəbəkəsində “Hökumət buludu”nun infrastrukturu və potensialı gücləndirilərək, bu tələbatı ödəməyə xidmət edəcək. Bu dövrlərdə ölkədə daxili əməliyyatlarda rəqəmli həllərdən istifadəyə keçid tədricən daha geniş şəkildə təmin ediləcək və bu məqsədlə həm dövlət sektorunda, həm də özəl sektorda aparılan əməliyyatların, elektron nəzarət və monitorinq sistemlərinin optimallaşdırılması ilə bağlı böyükhəcmli verilənlərin emalı üçün Data Mərkəzinin texniki imkanları əsas vasitə olacaq;

– 2025-ci ildən sonrakı hədəf baxışda uzunmüddətli perspektivdə İKT sahəsində regionda güclü potensiallı İKT sənayesinin yaradılması və beynəlxalq əhəmiyyətli informasiya tranziti, xidmətləri, məhsul istehsalı üzrə ixtisaslaşma, o cümlədən “bulud” texnologiyaları əsasında regional xidmətlərin göstərilməsi təmin ediləcək./ONA.az/

COP29

www.yenicag.az

15927
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv