Azərbaycanda ilin əvvəlindən 41 yeni dövlət standartı qəbul edildi - FOTO

media-hightechnic-468x90

Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu 41 yeni dövlət standartı qəbul edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu Dövlət Xidmətinin sədri Məmməd Abbasbəyli özünün “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,9% çoxdur.
Yeddi ay ərzində qəbul edilmiş standartların 34,1%-i və yaxud 14-ü aqrar və qida sahəsi üzrə, 5-i ekologiya sahəsi üzrə, 3-ü kosmetika sahəsi üzrə, biri elektronika, informasiya texnologiyaları və telekommunikasiya sahələri üzrə, 3-ü neft və kimya sahələri üzrə, 3-ü ağır sənaye və maşınqayırma sahələri üzrə, 4-ü tikinti materialları üzrə, 3-ü qiymətli metallar və qiymətli daşlar üzrə, biri idarəetmə sistemləri sahəsi üzrə, 2-si tibb sahəsi üzrə, 2-si isə təşkilati və metodoloji sahəsi üzrə qəbul edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05