Azərbaycanda ipoteka kreditlərinin ümumi məbləği 3,5 milyard manatı keçib

media-hightechnic-468x90

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 54 342 borcalana 3 milyard 500,519 milyon manat kredit verib.

Yenicag.az xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir. Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 549,443 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 6 977 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600