Azərbaycanda iş adamı qətlə yetirildi

qetl41Xaçmaz rayonunda qətlə hadisəsi baş verib.

Xaçmaz şəhər Mirzə Fətəli Axundov küçəsində yaşayan 1963-cü il təvəllüdlü Məmmədov İlqar Rüstəm oğlu yaşadığı evdə qətlə yetirilib. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır.

İ. Məmmədov ticarət mallarının topdan satışı ilə məşğul olub.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.(apa)