50-ni “aşıran” Zauru hədiyyə yağışına TUTDULAR: Qızıl saat və bahalı…
“Ümumimiyyətlə, doğum günləri keçirməyi sevmirəm. Mənə çatmır, doğum gününü təmtəraqlı qeyd etməyin nə mənası var? Yaşımızın üstünə yaş gəlir, qocalırıq, elə bil qocalmağımıza sevinirik”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aparıcı Zaur Kamal deyib.
Doğum gününü qeyd edən aparıcı hədiyyələrlə bağlı sualımızı cavablandırıb, “gənc görünməyinin sirri”ni də açıqlayıb:
“Dünən uşaqlarla qeyd etdik, bu gün də canlı efirdəyəm, yəqin, efirdən sonra evdə qeyd edərik. Dünən efirdə yaşımı biraz çoxaltdım, dedim, 52 yaşım var. Amma 50-ni tamamladım.
Sənətçilərdən tutmuş, adi insanlara qədər hər kəs təbrik edir, sağ olsunlar. Hədiyyələr də göndərirlər. Qızıl saat, qızıl qolbaq və digər hədiyyələr almışam. Gənc görünməyimin sirri, yəqin ki, nə bilim vallah, bəlkə, idmala məşğul olmağımdan irəli gəlir. Amma yox, nə qədər də olsa, artıq saça-saqqala dən düşüb, qocalığa doğru gedirik. Yaşımızın üstünə yaş gəlir, qocalırıq”.
Cəvahir












