“İlan”ın həyəcan yaşatdığı AYTƏKİN: “At məni şaha qaldıracaq”

media-hightechnic-468x90

“İlanla boğuşa-boğuşa birtəhər ili başa vururuq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında, tanınmış aparıcı Aytəkin Mərdanova deyib.

O, başa çatmasına sayılı günlər qalan İlan ilinin ona həyacan və stress yaşatdığını deyib və qarşıdan gələn At ilindən gözləntilərini dilə gətirib:

“İlan ili mənim üçün həyəcanlı, stresli, təzadlı bir il oldu. Çətinliklərim oldu, övladımın təhsili ilə bağlı stress, həyəcan keçirdim. Şükür Allaha ki, sonunda qalib gəldik.

Proqnozlara görə, qarşıdan gələn 2026-cı il Şərq təqviminə əsasən, “Alovlu qırmızı At ili” olacaq və daha çox enerji, cəsarət, dinamika, hərəkətliliklə yadda qalacaq. Deyilənə görə, dəyişiklik və yeniliklər ili olacaq. Mənim də Atdan gözləntilərim çoxdur. Ta qədimdən Atı arzulara çatdıran heyvan kimi tanıyıblar. “At muraddır” deyib ulularımız. At gözəl heyvandır, sadiq, sədaqətlidir. Başını sığalla, tumarla, səninlə mehriban olacaq. İnanıram ki, İlandan fərqli olaraq, At ili daha sakit, təmkinli, planlarımın həyata keçəcəyi bir il olacaq. Atın mənə bol ruzi gətirəcəyinə, istəklərimi gerçəkləşdirəcəyinə inanıram. Bütün arzularıma çatacağıma ümid edirəm. Bir sözlə, əminəm ki, at məni şaha qaldıracaq”.

Cəvahir

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa