Azərbaycanda istehsal olunan avtomobillərin sayı açıqlandı

media-hightechnic-468x90

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 1824 ədəd minik avtomobili, 33 ədəd isə yük avtomobili istehsal edilib.

Yenicag.az  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 92.4% artıb, yük avtomobili istehsalı isə 87% azalıb.

Qeyd edək ki, cari ilin may ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 138 ədəd minik, 13 ədəd isə yük avtomobili təşkil edib.

Hesabat dövründə ölkədə 199 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14.6% azdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600