Reklam: High Technic
hightechnic

Azərbaycanda istilik təchizatı sistemi yenidən qurulur

Energetika Nazirliyi Azərbaycanda dayanıqlı və etibarlı istilik təchizatı sisteminin yaradılması, istehlakçıların fasiləsiz və keyfiyyətli istilik enerjisi ilə təmin edilməsi, isitmə məqsədi ilə istifadə edilən təbii qaz və elektrikenerjisi sərfiyyatının azaldılması, enerji resurslarından səmərəli istifadə olunması, yanğın vəekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə “Azəristiliktəchizat” ASC-nin texniki, təşkilati və maliyyə vəziyyəti ilə bağlı diaqnostik araşdırmanın aparılması və optimallaşdırılma tədbirlərinin həyata keçirilməsi üçün mərhələli tədbirlər planının hazırlanması məqsədi ilə açıq tender elan edib.

Yenicag.az xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.

İddiaçılar ilkin sənədləri iyunun 28-nə qədər, tender təklifi və onun dəyərinin 5%-i qədər bank təminatını isə iyulun 11-nə qədər nazirlyə (Bakı şəhəri, Heydər Əliyev prospekti, 152, “Çinar Plaza” İş Mərkəzinin 12-ci mərtəbəsi) təqdim edə bilərlər. Əlaqələndirici şəxs Elçin Mehrəliyevdir (tel: (012) 598 16 53/54, daxili 1132, (050) 20408070)

Təkliflərə iyulun 12-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.

www.yenicag.az

5991