!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda karantin rejimi yenə sərtləşdirilir? - “Məhdudiyyətlər heç nəyi həll etmir” - Ekspertdən CAVAB

!Reklam – Yazi

“Metro bağlı olduğundan sərnişinlər məcburiyyət üzündən marşrut avtobuslarında böyük sıxlıqla üzləşirlər”.

Rasif Bağırov

Bunu mart ayında karantin rejiminin iki həftəlik sərtləşdiriləcəyi ilə bağlı yayılan məlumatları dəyərləndirən tibb eksperti Rasif Bağırov Yenicag.az-a açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, karantin tədbirlərinin getdikcə sərtləşdirilməsinə heç bir ehtiyac yoxdur:

“Hesab edirəm ki, Azərbaycanda tətbiq olunan karantin tədbirləri məhz pandemiyanın qarşısının alınmasına xidmət etmir. Çünki metro bağlı olduğundan sərnişinlər məcburiyyət üzündən marşrut avtobuslarında böyük sıxlıqla üzləşirlər.

Metro niyə hələ də açılmır? Metro işləsə, avtobusdakı sıxlıq xeyli aradan qalxacaq. Metroda sıxlıq adətən, pik saatlarda olur və bu saatlarda xəttə əlavə qatarlar çıxarmaqla sıxlığın qarşısını almaq olar. Elektrik enerjisinə qənaət etmək üçün insanların sağlamlığını təhlükəyə atmaq doğru deyil.

Eyni zamanda, marketlərdə vətəndaş sıxlığı müşahidə olunur, sosial məsafəyə əməl olunmur. Sənayə və elektrik məhsulları satılan mağazalarda isə adam sayı olduqca azdır. Lakin həmin mağazaların fəaliyyətinə məhdudiyyət qoyulmasının əsas səbəbləri məlum deyil. Əslində, sıxlıq daha çox ərzaq dükanlarında yaranır”.

Mövcud şəraitdə koronavirusa yoluxma sayında müşahidə olunan artıma toxunan ekspert hesab edir ki, bəzən qoyulan diaqnoz reallığı əks etdirmir. Bir sıra adi mövsümi qripə də koronavirus diaqnozu qoyulur:

“Xəstəyə ilkin diaqnoz kimi qoyulan koronavirus statistik göstəricilərə əlavə olunur. Nəticədə ümumi statistikanı çoxaldırlar və bu baxımdan, virusa yoluxma sayında artımın şahidi oluruq.

Düzdür, hazırda vaksinasiya prosesi davam edir. Lakin peyvəndlənmə heç də problemin həlli demək deyil. Ona görə ki, peyvəndlənmə iki mərhələdə aparılır və daha sonra immun sistemi formalaşır. Birinci dozadan sonra immun sistemi yaranmadığına görə xəstəliyə qarşı davamlılıq təmin olunmur. Nəzərə alaq ki, əhalinin böyük əksəriyyəti hələ bu prosesə cəlb edilməyib”.

Rasif Bağırovun fikrincə, virusa yoluxma sayının qarşısını almaq üçün sərt tədbirlərə deyil, vətəndaşların maskadan düzgün istifadəsinə diqqət yetirmək vacibdir:

“Alman alimlərinə görə, insanların əl verib görüşməsi və ya əl vasitəsilə ən çox təmasda olduğu yerlərə toxunması yoluxma ehtimalını təsir etmir. Əsas yoluxma ehtimalı məhz tənəffüs yolu vasitəsilə baş verir. Ona görə də maskalarla bağlı əvvəldən qəbul olunan qaydaların qüvvədə qalması doğru addımdır. Digər hallarda məhdudiyyətlər heç nəyi həll etmir”.

Gülşən Şərif

www.yenicag.az

2101
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv