Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda kazinolar yenidən açılsınmı? – Millət vəkilinin təklifinə ekspertdən etiraz

 

CasinoGames1Natiq Cəfərli: “Tək kazinoların açılması ilə turistlərin ölkəyə daha çox axınına səbəb olacağını düşünmək yanlış təsəvvürdür”

Milli Məclisdə kazinoların bərpası təklifi səslənib. Belə bir təkliflə deputat Qüdrət Həsənquliyev çıxış edib.

O bildirib ki, ölkəyə turistlərin cəlb edilməsi üçün Azərbaycanın turist bölgələrində kazinolar bərpa olunmalıdır: “Necə ki, Gürcüstanda Batumidə kazinoların fəaliyyətinə imkan verməklə bura xeyli sayda xarici turist cəlb edir. Biz də turizm bölgələrində kazinoların fəaliyyətinə icazə verməklə qonşu ölkələrdən ölkəyə xeyli sayda turist cəlb edə bilərik”.

publika.az1422871459publika.az1417090272publika.az1400228242qudret-hesenquliyevLakin kazinoların bərpasını istəyən Həsənquliyev  bununla yanaşı yerli sakinlərin bu kazinolara gəlişinə qadağa qoymağı da təklif edib.

İqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında kazinoların açılması ilə ölkəyə turist axınının baş verəcəyini düşünməyin yanlış təsəvvür olduğunu bildirdi: “Dünyada elə bir yanaşma yoxdur ki, kazinolar məhz ölkəyə turizm axınının genişlənməsinə səbəb olur. Belə bir tendensiya yoxdur. Azərbaycanla bağlı bu istiqamətdə elmi yanaşma və araşdırmalar olarsa, məmuniyyətlə onunla da tanış olmaq olar. Əslində hər hansı bir bölgədə belə bir oyun zonasının yaradılması yaxşı olardı. Belə oyun zonaları da Rusiya və İranla sərhədə yaxın yerlərdə yaradılmalıdır ki, turizm axınının stimullaşdırılması baş versin. Amma Azərbaycanda turizmlə bağlı problemlər ancaq kazino ilə NatiqCeferliasdgvbhjklmnbvcxzqwertyuioməhdudlaşdırılmır axı. Bu istiqamətdə onlarla problem var ki, yalnız onların həll olunması fonunda kazinolar da turizmin inkişafına stimul verə bilər. Viza problemi həll olunmalı, ölkənin cəlbediciliyi artmalı, qiymətlər ucuzlaşdırılmalı, rəqabətli mühit yaradılmalıdır. Bir çox belə addımlar atılmalıdır ki, turizm sektorunda irəliləyiş olsun. Tək kazinoların açılması ilə turistlərin ölkəyə daha çox axınına səbəb olacağını düşünmək yanlış təsəvvürdür. Amma müəyyən bir regionu götürməklə orada kazino fəaliyyətinə icazə verməklə həmin ərazinin inkişafına nail olmaq olar. Bütün hallarda həmin məsələnin reallaşmasının nə dərəcədə effektli olacağı kompleks yanaşma və kompleks həlldən asılıdır.

Turistləri  cəlb etmək üçün kazinoların açılması fonunda yerli sakinlərin ora gəlişinə qadağa qoymaq isə ümumiyyətlə mümkün deyil. Dünyada belə bir praktika da yoxdur. Kazinolar açılarkən belə addımın atılması əksinə korrupsiyaya yol açacaq. Kimlərsə ora düşmək üçün rüşvət verməli olacaq. Bu doğru yanaşma deyil”.

ELÇİN

Loading...

www.yenicag.az

393
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100