Makron-Putin zəngi: Təsadüf, yoxsa Ermənistan üzərindən yeni “oyun planı”?

media-hightechnic-468x90

Rusiyanın bölgəmizə qarşı artan aqressiyası, xüsusən Cənubi Qafqazda Azərbaycanla bağlı təxribatçı mövqeyi fonunda maraqlı bir hadisə baş verdi — uzun müddətdir Vladimir Putinlə danışmayan Fransa Prezidenti Emmanuel Makron 3 ildən sonra ilk dəfə ona telefonla zəng etdi.

Rəsmi açıqlamalarda bildirilir ki, söhbət İran və Yaxın Şərq problemləri ətrafında aparılıb. Amma bu, tam inandırıcı görünmür. Çünki məlumdur ki, Fransa-Ermənistan-Rusiya üçbucağında gedən proseslər, xüsusilə Zəngəzur dəhlizi ətrafında cərəyan edən gərginliklər belə bir “təsadüfi” dialoqun arxasında daha dərin məqsədlərin dayandığını göstərir.media-img-20250702-wa0008

Makronun Zəngəzur dəhlizi ilə bağlı indiyədək sərgilədiyi mövqe Ermənistanın suverenlik iddialarını dəstəkləyən və dolayısı ilə Azərbaycanın inteqrasiya planlarına qarşı çıxan bir xətt üzərində qurulub. Lakin bölgədə yaşayan xalqların əksəriyyəti kommunikasiya xətlərinin açılmasını və əməkdaşlığı dəstəkləyir. Bu mənada Makronun mövqeyi bölgə xalqlarının real maraqları ilə ziddiyyət təşkil edir.

Digər tərəfdən, Putinlə Makron arasında bu məsələdə fikir ayrılığı olması da mümkündür. Çünki Kreml artıq Ermənistanı itirmək təhlükəsini hiss edir və Qərblə, xüsusilə Fransa ilə yaxınlaşan Paşinyan hakimiyyəti Rusiya üçün başağrısına çevrilməkdədir.

Beləliklə, bu zəng sadəcə “İran məsələsi” ilə izah olunacaq qədər sadə deyil. Bölgədə güclərin yenidən düzülməsi, maraqların toqquşması və Ermənistan kartının kimlərin əlində necə oynanacağı yaxın günlərdə daha da aydınlaşacaq.

Samir Əsədli
VHP sədr müavini

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600