Bezosun maliyyələşdirdiyi 88 milyon dollarlıq peyk kosmosda itdi

media-hightechnic-468x90

Milyarder Cef Bezosun maliyyələşdirdiyi və metan qazı səviyyəsini ölçən “MethaneSAT” peyki kosmosda itib.

Yenicag.az xəbər verir ki, ABŞ-nin Ətraf Mühitin Müdafiəsi Fondu (ƏMF) tərəfindən idarə olunan və martda buraxılan peyklə son əlaqə 20 iyunda Norveç üzərində olarkən kəsilib.

88 milyon dollarlıq layihə metan qazının paylanmasını və həcm ölçülərini təyin etməklə neft-qaz sahələrində ətraf mühitə təsiri araşdırırdı. ƏMF peykin enerji mənbəyinin tamamilə itirildiyini və “böyük ehtimalla, bərpa olunmayacağını” açıqlayıb.

Qeyd edək ki, metan emissiyaları qlobal istiləşməyə səbəb olan insan mənşəli təsirlərin təxminən üçdə birini təşkil edir. ƏMF gələcəkdə yeni bir metan izləmə peykinin buraxılması ehtimalını istisna etmir.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600