Azərbaycanda kənd təsərrüfatına aid yeni dövlət standartı qəbul edildi

media-hightechnic-468x90

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS 939:2023 – “Kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması.Termin və təriflər” dövlət standartını qəbul edib.

media-banner_tuq

Bu barədə Yenicag.az-a AZSTAND-dan bildirilib.

Məlumata görə, bu standart “ГОСТ 27775:2014” dövlətlərarası standartı əsasında hazırlanıb və kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması sahəsində istifadə edilən anlayışların sistemli şəkildə təsviridir.

Yeni dövlət standartı “Heyvandarlıq, quşçuluq, arıçılıq, baramaçılıq və yemçilik sahəsinin standartlaşdırılması üzrə” Texniki Komitədə (AZSTAND/TK 24) müzakirəyə çıxarılıb və İnstitut onu təsdiqləyərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05