Azərbaycanda Maliyə Savadlılığı Mərkəzi yaradıla bilər
Azərbaycanın sığorta şirkətləri və mikromaliyyə təşkilatlarının assosiasiyaları Maliyə Savadlılığı Mərkəzi yaratmağı planlaşdırırlar. bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov mətbuat konfransında deyib.
O, qeyd edib ki, bununla əlaqədar müzakirələr aparılır: “Müzakirələrdə polşalı mütəxəssislər də iştirak edirlər”.
O.Bayramovun sözlərinə görə, assosiasiyalar layihənin maliyyələşdirilməsini öz üzərilərinə götürmək niyyətindədirlər.
ASA rəhbəri bildirib ki, mərkəzin açılmasında məqsəd ölkədə əhalinin maliyyə savadlılığının artırılmasıdır: “İlkin mərhələdə müştərilərlə, ikinci mərhələdə əhali ilə, üçüncü mərhələdə isə işçilərlə maliyyə savadlılığının artırılması üzrə işlərin aparılması planlaşdırılır”.
O, əlavə edib ki, bu layihə Bakı ilə yanaış bölgələrin birində də başlaya bilər. (trend.az)