Azərbaycanda müdir müavini yol qəzasında ölüb

media-hightechnic-468x90

ttttttAvtomobilin vurması nəticəsində ağır xəsarətlər alan Samir Pişnamazzadə Bakıya aparılarkən yolda dünyasını dəyişib

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə hadisə şəhərin İsmət Qayıbov küçəsində baş verib. Şəhər sakini 26 yaşlı Məmmədbağır Bağırov idarə etdiyi “Mercedes” markalı avtomobillə ötmə əməliyyatı yerinə yetirərkən yolu keçmək istəyən 1976-cı il təvəllüdlü Samir Pişnamazzadəni vurub.

Ağır xəsarətlər alan S. Pişnamazzadə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan paytaxt Bakıya aparılarkən Hacıqabul rayonu ərazisində dünyasını dəyişib.

S. Pişnamazzadə Gəncə Regional Elmi Mərkəzinin elmi işlər üzrə müdir müavini vəzifəsində işləyirdi.

Faktla bağlı Gəncə şəhər baş polis idarəsində araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600