Ölkədə özünüməşğulluq proqramının genişləndirilməsi məqsədilə bir ssıra mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Yenicag.az xəbər verir ki, 2020-ci ildə Azərbaycanda özünüməşğulluq proqramına cəlb edilən vətəndaşların sayının artırılması və bu çərçivədə planlaşdırılan tədbirlərin maliyyələşdirilməsinə sərf olunacaq vəsaitin artırılması gözlənilir.
Məlumata görə, gələn özünüməşğulluq proqramına aid tədbirlərin maliyyələşməsinə 63 milyon manat ayrılacaq və həyata keçiriləcək layihələrə texniki, məsləhətləşmə və təlim dəstəyi daha da təkmilləşdiriləcək.
Qeyd olunur ki, Xüsusi ilə Dövlət Məşğulluq Xidməti özünəməşğulluq layihələrinin effektli icrasınə təmin etmək üçün inventar, maşın və avadanlıqların alınmasına 16,5 milyon manat yönəldəcək.
Özünüməşğulluq proqrami ilə bağlı açıqlanan statistikaya əsasən, hazırda ölkə üzrə həyata keçirilən layihələrin 75 faizi kənd təsərrüfatını əhatə edir.
Bununla belə, sözügedən proqramın maliyyələşdirilməsinin artırılması sayəsində layihə portfelinin genişləndirilməsi üçün yeni imkanlar yaranır. Bu isə həmin proqrama şəhər əhalisinin cəlb olunmasına və özünüməşğulluqda yeni fəaliyyət sahələrinin yaranması anlamına gəlir.
Digər tərəfdən, özünüməşğulluq layihələrinin risklərini azaltmaq məqsədilə maarifləndirici tədbirlərin həyata keçirilməsinin zəruriliyi də ön plana çıxır.
www.yenicag.az