2022-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 11,0 milyard manatlıq, o cümlədən 6,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,8 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır.
Yenicag.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,6 faiz, qeyri-ərzaq malları üzrə 3,7 faiz artmışdır.
Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
2022-ci ilin yanvar-mart aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 51,0 faizi ərzaq məhsullarının, 5,5 faizi içkilər və tütün məmulatlarının, 15,2 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,2 faizi avtomobil benzini və dizel yanacağının, 4,7 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 14,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2021-ci ilin yanvar- mart aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 10 998,4 | 103,1 |
o cümlədən: | ||
ərzaq məhsulları | 5 608,8 | 102,9 |
içkilər və tütün məmulatları | 603,5 | 100,5 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 1 665,8 | 100,3 |
elektrik malları və mebellər | 519,5 | 100,6 |
kompüterlər, telekommunikasiya
avadanlıqları və çap məhsulları |
125,6 | 185,7 |
əczaçılıq məhsulları və tibbi ləvazimatlar | 264,7 | 121,2 |
avtomobil benzini və dizel yanacağı | 572,8 | 111,4 |
digər qeyri-ərzaq malları | 1 637,7 | 99,7 |
www.yenicag.az