Azərbaycanda profesor müdafiə zamanı qəfil vəfat edib - FOTO

media-hightechnic-468x90

Professor Bəhram Əliyev qəfil dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, bu barədə sabiq təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov məlumat yayıb.

O bildirib ki, hadisə martın 15-də adıçəkilən İnstitutda müdafiə zamanı baş verib.

Qeyd edək ki, mərhum professor 1952-ci ildə Gürcüstanın Qardabani rayonunda anadan olub. 2016-cı ildən indiyədək ADPU-nun Riyazi analiz kafedrasının müdiri vəzifəsində çalışırdı.

Bəhram Əliyev 2018-ci ilin oktyabr ayından Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyazi analiz” kafedrasının professoru olub. Eyni zamanda 2006-cı ildən indiyədək AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda əvəzçiliklə baş elmi işçi vəzifəsində çalışırdı.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa