Azərbaycanda məzarlıqlarda öncədən yer götürmək qadağan olunacaq

media-hightechnic-468x90

qebirs4_752“Məzarlıqlarla bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub. Gələn il bu layihəyə baxılacaq”.

media-banner_tkm

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qanun yalnız yeni salınan məzarlıqlara aid olacaq: “Kimsəsiz insanların necə dəfn olunması məsələsi də qanunda əks olunub. Xüsusi kimsəsizlər qəbiristanlıq salınmayacaq. Yəni, ayrı-seçkilik olmayacaq”.

M.Qurbanlı bildirib ki, layihədə öncədən yer götürmək qadağan olunacaq: “Yanlız şəxsin vəsiyyətinə əsasən, kişidirsə, xanımın, xanımdırsa, həyat yoldaşının yanında dəfn ediləcək. Məzarların hamısı eyni olacaq. Burada əsas məsələ məzarların dəbdəbəli olmasının qarşısının alınmasıdır”.

Yeniçağ.Az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05