Azərbaycanda səfirin maşını qəza törətdi

media-hightechnic-468x90

Bakıda səfirliyə məxsus avtomobil qəzaya düşüb.

Yenicag.az Oxu.Az-a istinadən xəbər verir ki, Nəsimi rayonu ərazisində Avstriya səfirliyinə məxsus avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Səfirin həyat yoldaşının idarə etdiyi “Mercedes” markalı avtomobil Bakı sakininin idarə etdiyi maşına arxadan çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Fakt üzrə araşdırma aparılır.

Oxu.Az məsələ ilə bağlı Avstriyanın ölkəmizdəki səfirliyinə müraciət edib. Səfirlik hadisəni şərh etməyib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa