“Azərbaycanda surroqat analığa icazə verilməsi, …”

media-hightechnic-468x90

33b3e85f4f5a376e4ff34c96b7ccbdcd“Azərbaycanda surroqat analığa icazə verilməsi məsələsi cəmiyyətdə qəbul olunmadığına görə parlamentin gündəliyindən birdəfəlik çıxarıldı”.

Bunu açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

H. Rəcəbli qeyd edib ki, bu məsələ mentalitet, o cümlədən digər fəsadların baş verəcəyi baxımından ictimaiyyətdə narazılıqla qarşılanıb: “Ona görə biz də bu məsələni birdəfəlik gündəmdən çıxardıq və yaxın gələcəkdə parlamentdə müzakirəyə çıxarmağımız gözlənilmir”.

Qeyd edək ki, Azərbaycanda surroqat analığa icazə verilməsi ilə bağlı məsələ uzun müddət parlamentin və ictimaiyyətin müzakirə mövzusu olub.

Qafqaz Müsəlmanları İdarəsi də bir neçə dəfə bu məsələyə etiraz edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600