Azərbaycanda televiziya rəhbəri kino adı ilə işçisinə toy etdi — VİDEO

media-hightechnic-468x90

Son vaxtlar karantin qaydalarını pozaraq toy edənlərin sayı artıb.

Yenicag.az baku.tv-yə istinadən xəbər verir ki, onlardan biri “Space TV”nin rəhbəri Vaqif Mustafayevdir.

Məlumata görə, o, kanalın Proqram departamentinin rəhbəri Tamara Məmmədovanın bacısına toy etməsinə dəstək olub. Belə ki, o, Novxanıda bağ evində kino çəkilişi adı ilə toy mərasimi edib.

Polis əməkdaşlarına da film çəkilişi aparıldığı deyilib.

Toyda şou aləminin bir sıra tanınmış simaları da iştirak edib. Lakin, onlar baku.tv-yə açıqlama vermək istəməyiblər.

https://youtu.be/8G1YAC2fck0

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600