Azərbaycanda valyuta satışına məhdudiyyət yoxdur – Rəsmi – Yenicag.Az

Reklam

Reklam

Azərbaycanda banklar tərəfindən xarici valyuta satışında heç bir məhdudiyyət yoxdur.

Bunu Yenicag.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından bankların xarici valyuta satışını məhdudlaşdırmaları ilə bağlı yayılan informasiyanı şərh edərkən deyiblər.

Palatadan bildiriblər: “Maliyyə Bazarlarına Nəzarət Palatası banklara xarici valyuta satışını məhdudlaşdırmaqla bağlı heç bir göstəriş verməyib. Eyni zamanda bu məsələ ilə bağlı vətəndaşlardan şikayətlər daxil olmayıb”.

Maliyyə nizamlayıcısı vurğulayıb ki, banklar müştərilərin tələbatını ödəmək üçün kifayət qədər xarici valyutaya malikdir:

“Bu məsələ bizim nəzarətimiz altındadır. Bundan başqa, əgər müştərilər banklarda xarici valyutaların satışında məhdudiyyətlərlə üzləşərsə, bizə müraciət edə bilərlər. Biz lazımi tədbirlər görəcəyik”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2027
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."