Azərbaycanda xəstəxanada daha bir uşaq ölümü

media-hightechnic-468x90

korpeeli5Lənkəran Rayon Mərkəzi Xəstəxanasında (RMX) uşaq ölümü baş verib.

Rayonun Ləj kənd sakini, 1 yaş 4 aylıq Əli Aqil oğlu Rəhimov səhər saat 5 radələrində ağır vəziyyətdə xəstəxananın Uşaq xəstəlikləri şöbəsinə gətirilib. Ancaq körpə xəstəxanada dünyasını dəyişib.

Məsələ ilə bağlı körpənin valideynləri Daxili İşlər Nazirliyinin (DİN) “102 xidməti”nə şikayət ediblər.

Lənkəran RMX-nin Uşaq xəstəlikləri şöbəsinin həkimi Südabə Əliyeva bildirib ki, xəstəyə bütün yardımlar göstərilib və görülən tədbirlər xəstəlik tarixçəsində öz əksini tapıb: “Xəstə kəskin respirator viruslu infeksiya, iki tərəfli bronxopnevmaniya, kəskin ağ ciyər ödəmi, kəskin ürək-damar, eləcə də 3-cü dərəcəli tənəffüs çatışmazlığı vəziyyətində olub. Bütün səylərə baxmayaraq, xəstə səhər saat 8-də dünyasını dəyişib. Süni nəfəs aparatından ayrılıb. Bir sözlə, körpə ağır vəziyyətdə olmasına baxmayaraq, valideynləri onu həkimə çox gec gətiriblər”.

Körpənin meyiti Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Lənkəran şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.(report)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600