Azərbaycanda yeni Fond yaradılır

media-hightechnic-468x90

bayraq_meydani_120715Enerji səmərəliliyi sahəsində fəaliyyətin stimullaşdırılması, bu sahədə innovasiyaların tətbiqi, enerji səmərəliliyi sahəsinə və yanacaq-energetika sənayesinə investisiyaların cəlb edilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, sahibkarlığın stimullaşdırılması və bu sahədə fəaliyyət göstərən hüquqi şəxslərin istehsal fəallığının artırılması məqsədilə tədbirlərin həyata keçirilməsi Dövlət Enerjidən Səmərəli İstifadə Fondunun yaradılmasını zəruri edir.

AzVision.az xəbər verir ki, bunu “Respublika” qəzetində dərc olunan məqaləsində Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, bu məqsədlə, “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində büdcədənkənar Dövlət Enerjidən Səmərəli İstifadə Fondunun yaradılması haqqında” Azərbaycan prezidentinin fərmanının layihəsi və digər normativ hüquqi aktların layihələri hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib:

“Həmçinin, enerji səmərəliliyi sahəsində fəaliyyətin tənzimlənməsi məqsədilə bəzi digər qanunvericilik aktlarının layihələrinin hazırlanması üzrə işlər də davam etdirilməkdədir”.

media-ziraat-728x90

Azərbaycanda yeni fond yaradılır

media-hightechnic-468x90

jjjjjjjjAzərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında “Balıqçılıq haqqında” haqqında qanun layihəsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Layihəni Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov təqdim edib.

Layihəyə edilən dəyişikliyə əsasən, bələdiyyə mülkiyyətində olan balıqcılıq su obyektlərində yaşayan balıq və digər su bioresursları bələdiyyə mülkiyyətində olmalıdır. Akvakultura təsərrüfatının yerləşdiyi balıqçılıq su obyektlərində əldə olunan balıq və digər su bioresursları onun mülkiyyətçisinə və ya icarəçiyə məxsusdur. Dəyişikliyə əsasən, Azərbaycanda balıq və digər su bioresurslarının ovu, forması və verilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən balıq ovlama bileti əsasında həyata keçiriləcək.

Qanun layihəsində həmçinin Azərbaycanda Su Bioresurslarının Artırılması, Bərpası və Mühafizəsi Fondunun yaradılması nəzərdə tutulur. Fondun yaradılmasında məqsəd balıq və digər su bioresurslarının artırılmasını, bərpasını, mühafizəsini, balıqçılığın elmi təminatını və balıqçılıq sahəsində digər tədbirlərin, habelə balıqçılığın inkişafı proqramlarının maliyyələşdirilməsini təmin etməkdir. Layihəyə görə, fond müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılacaq və fəaliyyəti həmin orqan tərəfindən təsdiqlənən əsasnamə ilə tənzimlənəcək.

Dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının süni artırılması, bərpası, mühafizəsi və balıqçılıq təsərrüfatı meliorasiya işləri fondun vəaitləri və dövlət vəsaiti hesabına maliyyələşdiriləcək.

Digər dətişikliyə əsasən, Azərbaycan Respublikasının qanunvericliiyi ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən güzəştlər akvakultura (balıq və digər su bioresurslarının, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlərin bərpası və əmtəə məhsulu əldə edilməsi məqsədilə balıqçılıq su obyektlərində artırılması, yetişdirilməsi, saxlanması, bərpası və rekreasiya üzrə fəaliyyət) ilə məşğul olan fiziki və hüquqi şəxslərə də şamil ediləcək. Layihə səsə qoyularaq qəbul olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600