Bakıda qadın lotereyadan 500 000 manat uddu – Video

media-hightechnic-468x90

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru Azərlotereyada növbəti dəfə “Poz-Qazan” tarixinin ən böyük uduşu 500 000 manat “Prestij” lotereyasından qazanılıb.

media-banner_tuq

Uğurlu bilet Bakı sakini Aynurə Həsənovaya nəsib olub. Şanslı qalibə yarım milyonu Zabratda yerləşən OBA marketdən aldığı  bir ədəd “Prestij” bileti qazandırıb.

Həyatının ən unudulmaz anlarından birini yaşayan Aynurə xanım sevincini ilk olaraq atası ilə bölüşüb. Onun sözlərinə görə, bu xəbər ailədə böyük coşqu və həyəcanla qarşılanıb.

Hər kəsə şansını sınamağı tövsiyə edən Aynurə xanım udduğuməbləğlə ev alacağını, övladının təhsilinə sərf edəcəyini və bir qismini isə xeyriyyə məqsədilə bağışlayacağını bildirib.

Qiyməti 10 manat olan Prestij3 də 1 Şanslotereyasında ən böyük uduş – yarım milyon manat sahiblərini gözləyir. 

“Azərlotereya”nın digər “Poz-Qazan” biletlərində də 500 000manatadək böyük uduşlar şanslı qaliblərini axtarır.

Biletləri “Azərlotereya” satış nöqtələri, “Azərpoçt” şöbələri, “Misli” məntəqələri, Araz və OBA marketləri, eləcə də mağaza və köşklərdən əldə etmək mümkündür.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05