Azərbaycandan Gürcüstana pul köçürmələri azaldı, əks istiqamətdə artdı

media-hightechnic-468x90

Ötən ay Azərbaycandan Gürcüstana 3,10 milyon ABŞ dolları həcmində pul köçürülüb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankından bildirilib.

İllik müqayisədə həcmdə 6,04% azalma qeydə alınıb. Yanvarda xaricdən Gürcüstana daxil olan ümumi pul köçürmələrində Azərbaycanın payı 1,10% təşkil edib.

Gürcüstandan Azərbaycana isə 4,64 milyon ABŞ dolları köçürülüb ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 28,18% çoxdur.

Hesabat ayında xarici ölkələrdən Gürcüstana 282,64 milyon ABŞ dolları köçürülüb. Bu, ötən ilin analoji göstəricisi ilə müqayisədə 16,6% çoxdur. Gürcüstandan xaricə göndərilən pul köçürmələri isə illik müqayisədə 10,2% artaraq 31,2 milyon ABŞ dollarına bərabər olub./Apa/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05