Avqustun 5-də İndoneziyada baş vermiş 6,9 şiddətində güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq 50 min dolları məbləğində vəsait humanitar məqsədlərlə İndoneziya tərəfinə təqdim edilib.
Bu barədə Yenicag.az-a XİN-in Mətbuat xidmətindən məlumat verilib.
Avqust ayında İndoneziyada baş vermiş təbii fəlakət nəticəsində ölkənin xüsusilə Lombok adası zərər çəkib, ümumilikdə isə 70 minədək ev, 600-dən çox məktəb, 3 xəstəxana, 65 məscid, 5-dən artıq körpü dağılıb. Zəlzələ zamanı 400 nəfərədək şəxs həlak olub, 390 minədək əhali evsiz qalıb.