!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycanı təmsil etdiyinizi unutmayın" - Əbülfəs Qarayevdən turizm şirkətlərinə xəbərdarlıq  

!Reklam – Yazi

Bu gün Azərbaycanda turizm işçilərinin peşə bayramı günü qeyd olunur.

Yenicag.az xəbər verir ki, Ümumdünya Turizm günü münasibətilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mətbuat konfransı keçirilib. Konfransda nazir Əbülfəs Qarayev turizm işçilərini təbrik edib, əldə olunmuş nailiyyətlər və gələcək planlar barədə məlumat verib. Ölkəmizdə 563 otel və 734 turizm şirkətinin fəaliyyət göstərdiyini bildirən nazir turizm sahəsindən qazanılan gəlirlərin ilbəil artdığını vurğulayıb. Qarayev turist mübadiləsi prosesində ölkəmizə gələn turistlərin xaricə gedən vətəndaşlarımızdan daha çox pul xərclədiyini diqqətə çatdırıb (713 min\600 min).

Prezident İlham Əliyevin turizm sahəsində imzaladığı sərəncamların icrası barədə də konfrans iştirakçılarını məlumatlandıran nazir növbəti Shopping festivalının 15 oktyabr-15 noyabr tarixində baş tutacağını söyləyib.

Əbülfəs Qarayev həmçinin, jurnalistlərin suallarını da cavablandırıb. Rayon yollarındakı ayaqyolunun olmaması və digər problemlər barədə sualları cavablandıran nazir bildirib ki, hal-hazırda bununla əlaqədar müəyyən işlər görülür. Turistlərin ölkədə rahat şəkildə hərəkəti üçün bütün imkanlar yaradılır. Nazirin sözlərinə görə, hər şeydən əvvəl viza rejiminin sadələşdirilməsi turizmin inkişafına böyük töhvə verəcək.

Bundan əlavə, Qarayev turizm şirkətlərinin üzərinə düşən məsuliyyəti vicdanla yerinə yetirməsinin vacibliyini vurğulayaraq bildirib ki, onlar hər şeydən əvvəl Azərbaycanı təmsil etdiklərini unutmamalıdır.

Sonda işində uğur qazanmış turizm işçiləri nazirlik tərəfindən təltif olunub.

www.yenicag.az

937
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv